“Yuventus” hücumçusu Paulo Dibala ilə danışıqları yenidən dayandırıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb tərəflərin yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməməsidir.
Turin təmsilçisi argentinalı ulduz futbolçuya illik 10 milyon avro maaş təklif etsə də, ön xətt oyunçusu daha yüksək məvacib istəyir. Bu üzdən “qoca sinyora” təklifi geri götürüb. Mayda danışıqların yeni mərhələsinə start veriləcək.
Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la sözləşmə müddəti gələn ilin yayına qədərdir.
“Yuventus” Paulo Dibala ilə danışıqları dayandırıb
10 aprel 2021 15:30 (UTC +04:00)
Futbol
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024
Fransa klubu Zubiri transfer etmək istəyir
16:30
24 aprel 2024