“Yuventus” Ronaldoya yeni müqavilə təklif edəcək

“Yuventus” Ronaldoya yeni müqavilə təklif edəcək
# 04 fevral 2021 15:09 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi portuqaliyalı hücumçu ilə müqaviləni uzatmağı planlaşdırır.

Turin təmsilçisi bununla bağlı 36 yaşlı forvarda yeni təklif edəcək. Yeni anlaşma 2023-cü ilin yayına qədər nəzərdə tutulacaq. Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Ronaldonun da İtaliyada qalmağa meylli olduğu bildirilir.

Qeyd edək ki, futbolçu cari mövsümdə 16 oyunda 15 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR