“Yuventus” tarixində ilk dəfə italiyalı olmadan oynayıb

“Yuventus” tarixində ilk dəfə italiyalı olmadan oynayıb
# 25 noyabr 2020 01:35 (UTC +04:00)

Çempionlar Liqasının IV turunda “Ferensvaroş”la qarşılaşan “Yuventus”un start heyətində yer alan qapıçı və müdafiəçilərdən heç biri yerli oyunçu deyil.

Apasport.az saytının məlumatına görə, bu, klub tarixində ilk belə hadisədir.

“Qoca sinyora”nın mövcud olduğu 123 il ərzində keçirdiyi 4371 görüşün heç birində həm qapıçısı, həm də müdafiəçiləri legionerlərdən ibarət olmayıb. Bunda Canluici Buffon, Leonardo Bonuççi və Corcio Kyellininin zədəli olması böyük rol oynayıb.

Qeyd edək ki, Macarıstan klubu ilə qarşılaşmada qapını polşalı Voyçex Şesnı qoruyubsa, arxa xətdə braziliyalılar Danilo, Aleks Sandro, niderlandlı Matteys de Liqt və kolumbiyalı Xuan Kuadrado çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR