“Yuventus” yeni baş məşqçisini açıqlayıb

“Yuventus” yeni baş məşqçisini açıqlayıb
# 08 avqust 2020 22:24 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasındakı uğursuzluq səbəb olub.

1/8 final mərhələsində Fransanın “Lion” klubunu keçə bilməyən (0:1, 2:1) turinlilər mütəxəssislə yollarını ayırıb.

Artıq onun yerinə gətiriləcək baş məşqçi də təyin olunub. Klub rəhbərliyi bu postu sabiq futbolçusu Andrea Pirloya etibar edib. 2011-15-ci illərdə Turin təmsilçisində oynamış 41 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu, Pirlonun baş məşqçi kimi ilk iş yeri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR