“Yuventus” yeni müqavilədə Dibalanın maaşını artıracaq

“Yuventus” yeni müqavilədə Dibalanın maaşını artıracaq
# 09 aprel 2020 09:32 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu ilə danışıqların ilkin mərhələsi müsbət nəticələnib.

Tərəflərin yaxı günlərdə yeni anlaşma imzalayacağı gözlənilir. Turin təmsilçisi futbolçunu heyətdə saxlamaq üçün Dibalanın maaşını artırmalı olub.

Cənubi amerikalının bonuslarla birlikdə illik qazancı 12 milyon avro təşkil edəcək. 2022-ci ilin yayında başa çatacaq əvvəlki müqaviləyə əsasən isə bu rəqəm 11 milyondur.

Qeyd edək ki, Dibalanın yeni müqaviləsi 2024-cü və ya 2025-ci ilə qədər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR