Zepp Blatter: “İnfantino özünü toxunulmaz hesab edir”

Zepp Blatter: “İnfantino özünü toxunulmaz hesab edir”
# 14 avqust 2020 12:10 (UTC +04:00)

FİFA-nın sabiq prezidenti Zepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun idarəçiliyinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, İsveçrədə barəsində cinayət işi açılan və futboldan uzaqlaşdırılan Blatter xələfinin qanunsuz işlərlə məşğul olduğunu düşünür.

Onun fikrincə, İnfantino istintaqa cəlb edilməlidir: “İnfantino özünü toxunulmaz hesab edir. Etika Komissiyası onun haqqında istintaq açmalıdır. Mənə qarşı edilənlər ona da təkrarlanmalıdır. Ancaq bu komissiya müstəqil deyil, çünki İnfantino onların nəzarət orqanlarını bloklayıb. Bu da narahatlıq doğuran məqamdır”.

Qeyd edək ki, Zepp Blatter 1998-2015-ci illərdə FİFA-ya başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR