“Zirə” paraqvaylı hücumçusu ilə yolları ayırıb

“Zirə” paraqvaylı hücumçusu ilə yolları ayırıb
# 29 yanvar 2020 17:40 (UTC +04:00)

"Zirə" Xulio Sezar Rodriqes ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, paraqvaylı hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Bununla da Bakı təmsilçisindən gedən futbolçuların sayı 3-ə çatıb. Rodriqesdən öncə Soni Norde və Robin Nqalande ilə də müqaviləyə xitam verilib.

Qeyd edək ki, 2019-cu ili “Zirə”də keçirən paraqvaylı hücumçu Premyer Liqada 23 oyuna 12 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR