"Zirə" qapıçısı ilə yeni müqaviləni razılaşdırıb

"Zirə" qapıçısı ilə yeni müqaviləni razılaşdırıb
# 22 iyun 2020 14:45 (UTC +04:00)

Premyer Liqada mövsüm başa çatdırıldıqdan sonra heyətində bəzi dəyişikliklər etməyə başlayan "Zirə" bir futbolçusu ilə yeni müqaviləni razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, söhbət qapıçı Abdulla Seyidəhmədovdan gedir.

Məşqçilər korpusu klubun yetirməsi olan 23 yaşlı qolkiperin komandada qalmasını məqsədəuyğun biliblər. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvünün başa çatan müqavilə müddəti tezliklə yenilənəcək.

Bakılılarla sözləşməsi bitən digər qapıçı Emil Balayevin durumu isə fərqlidir. Düzdür, qəsəbə təmsilçisi 26 yaşlı dəri əlcək sahibinin əsas qapıçı kimi qalmasının tərəfdarıdır. Lakin bu, maliyyə şərtlərindən asılıdır. Balayev konkret olaraq "Qarabağ"dan daha sərfəli təklif aldığından, Ağdam klubuna keçməyə hazırlaşır.

Qeyd edək ki, bu ilin martında "Zirə" ilə mövsümün sonuna qədər müqavilə bağlayan Emil Balayev Premyer Liqada 1 matçda iştirak edib. Abdulla Seyidəhmədov isə əsasən əvəzedici heyətdə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR