Zlatan İbrahimoviç 39 yaşında 12-ci dəfə “Qızıl top”a sahib çıxıb

Zlatan İbrahimoviç 39 yaşında 12-ci dəfə “Qızıl top”a sahib çıxıb
  • Clock-gray 12:50
  • calendar-gray 25 Noyabr 2020

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti titulunu qazanıb.

Apasport.az saytının məlumatına görə, veteran hücumçu İsveçdə ilin futbolçusu seçilib.

39 yaşlı forvard İsveçdə “Qızıl top”a 12-ci dəfə yiyələnib. İlk dəfə 2005-ci ildə bu mükafata sahib çıxan Zlatan 2007-16-cı illərdə ardıcıl 10 dəfə bu uğura imza atıb.

Qeyd edək ki, İsveçdə ilin futbolçusu mükafatı 1946-cı ildən təqdim olunur.

ApaSport

Digər xəbərlər