Zlatan İbrahimoviç “Milan”da qalacaq

Zlatan  İbrahimoviç “Milan”da qalacaq
# 27 iyul 2020 13:50 (UTC +04:00)

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu A seriyası təmsilçisində qalmağa üstünlük verib.

Skandinaviyalı ulduz daha bir mövsüm Milanın eyniadlı klubunda çıxış etməyə razılaşıb. Hazırda Zlatan və klub rəhbərliyi arasında müqavilənin detalları ilə bağlı müzakirələr gedir.

Qeyd edək ki, İbrahimoviç cari mövsüm A seriyasının 17 oyununda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR