Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə imzalayıb

Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə imzalayıb
# 05 aprel 2021 13:36 (UTC +04:00)

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu ilə 1 illik anlaşma imzalanıb.

O, növbəti mövsümdə də A seriyası təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, ötən il “Milan”a qayıdan Zlatan ümumilikdə 95 matça 67 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR