Zlatan İbrahimoviç karantinə alınacaq

Zlatan İbrahimoviç karantinə alınacaq
# 10 may 2020 12:30 (UTC +04:00)

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, isveçli forvard sabah ölkəsindən Milana yollanacaq.

Koronavirus pandemiyası səbəbindən çempionatda yaranmış fasilədən yararlanaraq "Hammarbü"nün düşərgəsində məşq edən veteran futbolçu İtaliyaya dönən kimi iki həftəlik karantinə alınacaq. Yalnız bu müddətdən sonra "Milan"ın məşqlərinə qoşulacaq.

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm "rossonyerlər"in heyətində 10 oyunda 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR