Zlatan İbrahimoviç komanda ilə məşqlərə başlayıb

Zlatan İbrahimoviç komanda ilə məşqlərə başlayıb
# 27 iyun 2020 00:26 (UTC +04:00)

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç komanda məşqlərinə qoşulub.

Apasport.az saytının məlumatına görə, zədə səbəbindən fərdi və məhdud hazırlıqla kifayətlənən isveçli hücumçu tam məşq keçə bilib.

Zlatan artıq növbəti oyunda komandasına kömək etməyə hazırdır. Forvardın “Roma” ilə görüşdə şans qazana bilər.

Amma ona daha bir matçda istirahət veriləcəyi ilə bağlı ehtimallar da var. Bu səbəbdən də onun iyulun 1-də “Spal”a qarşı oyunda meydana çıxacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR