Zlatan İbrahimoviçin həyatından bəhs edən film çəkilir

Zlatan İbrahimoviçin həyatından bəhs edən film çəkilir
# 11 noyabr 2020 00:43 (UTC +04:00)

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçə həsr olunan film çəkilir.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun həyatından bəhs edən filmin adı “Mən Zlatanam”dır.

Filmin müəllifləri Yakob Bekman və David Laqerkrantsdır. İbrahimoviç rolunu iki aktyor – Dominik Bayraktari Andersson (11 yaşdan 13 yaşa qədər) və Qranit Ruşiti (17-23 yaşlar) canlandıracaq. Oktyabrda başlayan çəkilişlər gələn il Amsterdamda bitəcək. Filmin premyerası 2021-ci ilin payızında baş tutacaq.

Qeyd edək ki, peşəkar karyerasına “Malmö”də başlayan isveçli superulduz “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi” klublarının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR