A seriyası favoritlərin səfər qələbəsi ilə başlayıb

A seriyası favoritlərin səfər qələbəsi ilə başlayıb
# 25 avqust 2019 00:43 (UTC +04:00)

İtaliya A seriyasına 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, ilk turun birinci oyun günündə iki qarşılaşma keçirilib.

Hər iki görüşdə çempionatın favoritləri səfər matçına çıxıblar. Qarşılaşmalar qonaqların qələbəsi ilə başa çatıb. “Yuventus” səfərdə “Parma”nı bir qolla məğlub edib. “Napoli” isə 7 qolun vurulduğu görüşdə “Napoli”dən güclü olub – 4:3.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

İtaliya A seriyası

I tur

24 avqust “Parma” – “Yuventus” – 0:1

Kyellini, 21

“Fiorentina” – “Napoli” – 3:4

Pulqar, 9 (pen.), Milenkoviç, 52, Boatenq, 65 – Mertens, 38 (pen.), İnsinye, 43 (pen.), 67, Kalyexon, 56

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR