AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib
# 22 oktyabr 2019 12:58 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub və 4 klub cərimələnib.

“Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Sabah” qarşılaşmasında qonaqların legioneri Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib, klubunu 200 manat ziyana salıb.

“Səbail” – “Sumqayıt” matçında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 800 manat cərimə ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR