AFFA legionerləri cəzadan azad edib

AFFA legionerləri cəzadan azad edib
# 04 oktyabr 2019 17:56 (UTC +04:00)

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

APA-nın məlumatına görə, qurum legioner futzalçılar Raşid Golipur Tazehkandi, Amir Şocaei və Eşaq Surqhali tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxıb.

Onların şikayətləri qismən təmin olunub. AFFA İntizam Komitəsinin mayın 20-də çıxardığı cəza yüngülləşdirilib.

Yüksək Liqanın “Araz”la oyunundan sonra hakimə fiziki təsir göstərən “Xəzər Cənub”un futzalçılarının aldığı cəzanın 12 ay müddətin qalan hissəsi şərti hesab edilməklə oyunçular cəzadan azad edilib.

Qalan müddət ərzində futzalçıların eyni əməllərə təkrar yol verəcəkləri halda cəzadan şərti olaraq azadetmə ləğv olunacaq. Cəzanın çəkilməmiş hissəsi də üzərinə əlavə olunmaqla 12 ay müddətinə cəzalandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR