AFFA “Neftçi” ilə matça görə “Qarabağ”ı cəzalandırıb

AFFA “Neftçi” ilə matça görə “Qarabağ”ı cəzalandırıb
# 17 sentyabr 2019 12:37 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Premyer Liqanın IV turunda baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Zirə” matçında hər iki klubun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə komandalar 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda komandaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimələnib.

“Keşlə” – “Səbail” qarşılaşmasında hər iki tərəfin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat ödəyəcək.

“Neftçi” ilə matçda “Qarabağ”ın rəsmi şəxslərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR