AFFA “Neftçi”nin məşqçisinin cəzasını ikiqat azaldıb

AFFA “Neftçi”nin məşqçisinin cəzasını ikiqat azaldıb
# 16 sentyabr 2019 17:18 (UTC +04:00)

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb.

Paytaxt təmsilçisinin müraciəti qismən təmin edilib. Premyer Liqanın III turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vuran Etibar Tarıverdiyevin cəzası yüngülləşdirilib. AFFA İntizam Komitəsinin verdiyi cəza 20 oyundan 10-a, kluba tətbiq olunan cərimə 16000 manatdan 8000 manata endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR