AFFA rəsmisi beynəlxalq təyinat alıb

AFFA rəsmisi beynəlxalq təyinat alıb
# 19 avqust 2019 11:24 (UTC +04:00)

A Milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

APA-nın məlumatına görə, qurum rəsmisi Avropa Liqasının pley-off mərhələsinın “Ferensvaroş” (Macarıstan) – “Suduva” (Litva) oyununun UEFA nümayəndəsi olacaq.

Cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşma avqustun 29-da keçiriləcək. Matç Budapeşt şəhərindəki “Ferensvaroş” stadionunda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR