AFFA “Xəzər Lənkəran” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Xəzər Lənkəran” azarkeşlərinin stadiona girişinə qadağa qoyub
# 22 oktyabr 2019 13:15 (UTC +04:00)

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə assosiasiyanın İntizam Komitəsində müzakirə olunub.

APA-nın məlumatına görə, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olublar.

Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti ağır cəza ilə nəticələnib. “Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR