Aleksander Çeferin Azərbaycan klublarının qatılacağı Konfrans Liqasının perspektivini açıqlayıb

Aleksander Çeferin Azərbaycan klublarının qatılacağı Konfrans Liqasının perspektivini açıqlayıb
  • Clock-gray 13:40
  • calendar-gray 10 Oktyabr 2019

“Bizim üçün ən vacib və çətin olanı rəqabətdə balansın qorunmasıdır. Bəzi klubların çox zəngin, digərlərinin isə ildən-ilə kasıblaşması perspektivdə gələcək üçün problemdir”.

APA-nın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurum rəhbəri yeni yaradılmasına qərar verilən Konfrans Liqası barədə danışıb. O bildirib ki, bu turnir əksər ölkə və klublar üçün qazanc baxımından sərfəli olacaq: “Kiçik, hətta Rusiya kimi böyük ölkələrə də daha çox beynəlxalq oyun keçirmək lazımdır. Çünki bu matçlar daha çox qazanc əldə etməyə, daha böyük sponsorlarla əməkdaşlığa imkan verir. Bu da aşağı yaş qrupları üzrə komandalara və idmanın inkişafına artıq vəsait ayırmaq imkanı yaradır. Konfrans Liqası tamamilə üçüncü dərəcəli avrokubokdur. Belə olan halda, “Bavariya”, “Real” və “Yuventus”la qarşılaşmaq imkanı olmayacaq. Bu, yalnız onda mümkün olar ki, həmin klublar 3-cü avrokuboak düşsünlər. Lakin həm burda, həm Avropa Liqasında göstərilən nəticələr klublara daha yüksəyə qalxmaq şansı verəcək. Bu, əla turnir olacaq. İlk dövrdə bu turniri Çempionlar Liqasının vəsaitləri ilə maliyyələşdirməli olacağıq. Amma sonra lokal sponsorlarla əməkdaşlıq üçün sərhədsiz imkanlar açılacaq. Lokal komandalar arasında beynəlxalq görüş regionda keçirilirsə, beynəlxalq matç statusu daşıyırsa, “Bavariya” və “Barselona” rəqabətindən maraqlı olacaq. Mən kifayət qədər nikbinəm”.

Qeyd edək ki, Konfrans Liqası 2021/22 mövsümündən keçiriləcək. Azərbaycan çempionu istisna olmaqla, digər 3 klubumuz məhz bu yarışda oynayacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date