APOEL-in baş məşqçisi: "Qarabağ"a qarşı ən yaxşı oyunu göstərmək istəyirik"

APOEL-in baş məşqçisi: "Qarabağ"a qarşı ən yaxşı oyunu göstərmək istəyirik"
# 12 avqust 2019 19:22 (UTC +04:00)

"Çox yaxşı komandam var. Matça neçə faiz hazır olduqlarını deyə bilmərəm".

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Azərbaycanın "Qarabağ" komandasına qarşı Bakıda keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

KİV nümayəndələrinin suallarını cavablandıran almaniyalı mütəxəssis bildirib ki, debüt matçında əsas məqsədi lazımı nəticəni qazanmaqdır: "Futbolçular ilk oyundakı nəticəni dəyişmək istəyirlər. Dörd məşqimiz olub və onların hər biri bacardıqlarının ən yaxşısı göstərmək arzusundadırlar. Təəssüf ki, ilk matçda bunu göstərə bilməyiblər. Məşq prosesindən çox razıyam. Sabahkı matçda köklənmişik və ən yaxşı oyununu göstərmək istəyirik. Konsentrasiyamız böyükdür, mərhələ keçmək üçün 2 top fərlqilə qalib gəlməliyik".

T. Dollun sözlərinə görə, Bakıda hədəfləri ilk görüşdəki məğlubiyyəti unutdurmaqdır: "Önəmli olan daha yaxşı oynamaqdır. Sabah fərqli mübarizə aparmalıyıq. Futbolçularla bu barədə danışmışam. Hesab edirəm ki, bizim də şansımız var. Çox güclü komandaya qalib də gələ bilərik".

Qeyd edək ki, ilk matçda "Qarabağ" rəqibini 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR