APOEL-in futbolçusu: “Avropa Liqasında qrupdan çıxmasaq məyus olarıq”

APOEL-in futbolçusu: “Avropa Liqasında qrupdan çıxmasaq məyus olarıq”
# 08 oktyabr 2019 11:52 (UTC +04:00)

“Evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqdan sonra baş məşqçimizi dəyişdik. Mənim üçün bir gecədə hər şey çevrildi”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak deyib.

Sloveniyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la oyunlarını xatırlayıb. O, baş məşqçi postunda Paolo Tramentsaninin Tomas Dolla əvəzlənməsinin faydalı olduğunu vurğulayıb: “Azərbaycanda 2:0 hesabı ilə qalib gəldik və “Ayaks”la iki əla oyun keçirdik – 0:0, 0:2. Əlbəttə, Hollandiya klubunu keçə bilmədik. Amma 5 oyunda 16 qol vuran rəqibdən cəmi iki top buraxdıq. Bu üzdən də belə nəticəni uğur saya bilərik”.

R.Bezyak Avropa Liqasının Azərbaycan çempionu ilə yer aldıqları qrupundan çıxmaq iddiasını açıqlayıb: “Avropa Liqasında oynamaq bizim reallığa çevrilib. Çempionlar Liqasında həqiqətən birinci dərəcəli futbolçular oynamalıdır. Biz bu səviyyədə deyilik. Buna görə çox üzülmürük. Lakin Avropa Liqasında qrupdan çıxmasaq məyus olarıq. Çünki ikinci yeri tutmağımız real görünür”.

Qeyd edək ki, APOEL Avropa Liqasının A qrupunda “Sevilya”, “Qarabağ” və “Düdelanj”la mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR