APOEL-in futbolçusu: “Bunu bacaracağımıza inanırdıq”

APOEL-in futbolçusu: “Bunu bacaracağımıza inanırdıq”
# 08 noyabr 2019 00:26 (UTC +04:00)

“İndi biz Lüksemburqa 1/16 finala vəsiqə üçün gedəcəyik. Qrup mərhələsi başlayan andan bunu bacaracağımıza inanırdıq”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Giorge Efrem deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ”la oyunundakı 2:1 hesablı qələbədə pay sahibi olan futbolçu görüş barədə fikirlərini açıqlayıb. Komandasının ikinci qolu öncədən onun ayağına yazılsa da, sonradan Nikolas İoannounun aktivinə əlavə olunub.

C.Efrem isə qol müəllifi kimi danışıb: “Qarabağ”la matçdan sonra çempionatdakı işlərimizi də düzəltməliyik. Lüksemburqa 3 xal üçün yollanacağıq. Bu, ilk görüşdəki məğlubiyyətin kiçik revanşı olacaq. Görüşdə qol vuracağım barədə düşünüb-düşünmədiyimi deməkdə çətinlik çəkirəm. Lakin bu qol komandam üçün çox vacib olduğundan onu bayram edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR