“Araz”ın baş məşqçisi: “30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”

“Araz”ın baş məşqçisi: “30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”
  • Clock-gray 22:35
  • calendar-gray 12 Oktyabr 2019

“Bu heyət, bu gün meydana çıxan oyunçular qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir”. 

APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva deyib.

Çempionlar Liqasının əsas mərhələsində ardıcıl üçüncü məğlubiyyətini alan komandanın çalışdırıcısı Ukrayna təmsilçisi “Xerson”a 3:8 hesabı ilə uduzduqları matça şərh verib. O, oyunçu çatışmazlığından şikayətlənib: “Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”.

Qeyd edək ki, “Araz” bunadək Belçikanın “Halle Qooik” komandasına 1:5, Portuqaliya təmsilçisi “Benfika”ya 0:7 hesabı ilə uduzub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date