Arsen Vengerə FİFA-da vəzifə verilir

Arsen Vengerə FİFA-da vəzifə verilir
# 12 sentyabr 2019 14:25 (UTC +04:00)

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.

APA-nın məlumatına görə, 69 yaşlı fransalı mütəxəssis FİFA-da çalışacaq.

O, qurumun texniki direktoru təyin olunacaq. Bu təyinat yaxın günlərdə gerçəkləşəcək.

A.Venger məşqçi standartlarının yaxşılaşdırılmasına cavabdehlik daşıyacaq. O, həmçinin digər oyun elementləri ilə bağlı məsləhətlərini verəcək.

Bu addım Marko van Basten və Zvonimir Bobanın vəzifələrini tərk etməsindən sonra FİFA təşkilata tanınmış simalara cəlb etməyə qərar verməsi ilə bağlıdır.

Qeyd edək ki, A.Venger 22 il çalışdığı “Arsenal”ı 2018-ci ildə tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR