“Atalanta” sensasiyaya imkan verməyib, Romada 6 qol vurulub

“Atalanta” sensasiyaya imkan verməyib, Romada 6 qol vurulub
# 26 avqust 2019 01:34 (UTC +04:00)

İtaliya A seriyasında I tur davam edir.

APA-nın məlumatına görə, turun daha 7 matçı keçirilib.

“Milan” səfərdə “Udineze”yə uduzub. “Roma” 6 qolun vurulduğu görüşdə “Cenoa” ilə heç-heçə edib. Digər paytaxt klubu “Latsio” “Sampdoriya”nı darmadağın edib.

Ötən mövsümün sürprizi “Atalanta” turu çətin qələbə ilə başa vurub. Berqamo klubu ikinci hissənin ikinci yarısındakı qollarla sensasiyaya imkan verməyib.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

İtaliya A seriyası
I tur
25 avqust
“Udineze” – “Milan” – 1:0

Bekao, 72
“Roma” – “Cenoa” – 3:3
Ündər, 6, Dzeko, 30, Kolarov, 49 – Pinamonti, 16, Krişito, 43 (pen.), Kouame, 70
“Kalyari” – “Breşia” – 1:0
Donnarumma, 54 (pen.)
“Torino” – “Sassuolo” – 2:1
Zaza, 14, 55 – Kaputo, 59
“Verona” – “Bolonya” – 1:1
Veloso, 37 – Sansone, 15 (pen.)
“Spal” – “Atalanta” – 2:3
Di Françesko, 6, Patanya, 26 – Qosens, 34, Muriel, 70, 76
“Sampdoriya” – “Latsio” – 0:3
İmmobile, 37, 62, Korrea, 56

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR