AVRO-2020: Daha üç komanda final mərhələsinə yüksələ bilər

AVRO-2020: Daha üç komanda final mərhələsinə yüksələ bilər
# 15 noyabr 2019 02:03 (UTC +04:00)

Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX turun oyunları davam etdiriləcək.

APA-nın məlumatına görə, D, F və J qruplarında oyunlar baş tutacaq.

Keçiriləcək 8 görüşdən sonra daha üç komanda final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunlar Danimarka, İsveç və Finlandiya yığmalarıdır.

D qrupunda Danimarka və İsveçrə favorit olduqları matçlardakı qələbə ilə intriqanı son tura daşıyacaq. Lakin isveçrəlilər Gürcüstana uduzsalar, Danimarka qələbə ilə AVRO-2020-yə yüksələcək.

F qrupunda finala bərabər matç baş tutacaq. İsveç səfərdə ən yaxın izləyicisi Rumıniyaya qalib gəlsə, İspaniyanın ardından qrupda ikinci vəsiqəyə sahib çıxacaq. Digər nəticələrdə hər iki komanda, həmçinin bu tur qələbə qazanacağı halda Norveç mübarizəni son turadək davam etdirəcək.

J qrupunda ikinci vəsiqə sahibini tapa bilər. Artıq bunu bacaran İtaliyaya qoşulmaq üçün Finlandiyaya Lixtenşteyn üzərində ev qələbəsi lazımdır. Düzdür, skandinaviyalılar heç-heçə, hətta məğlubiyyətlə də final mərhələsinə yüksəlmək imkanına malikdir. Amma bunun üçün digər görüşlərin nəticələri də önəmlidir.

Qeyd edək ki, final mərhələsinə hələlik 10 komanda yüksəlib. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiyadır.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 noyabr

D qrupu
23:45. İsveçrə - Gürcüstan
23:45. Danimarka – Cəbəllütariq

1

İrlandiya

7

3

3

1

6-4

12

2

Danimarka

6

3

3

0

16-5

12

3

İsveçrə

6

3

2

1

12-5

11

4

Gürcüstan

7

2

2

3

7-10

8

5

Cəbəllütariq

6

0

0

6

2-19

0

F qrupu
21:00. Norveç – Farer adaları
23:45. İspaniya – Malta
23:45. Rumıniya – İsveç

1

İspaniya

8

6

2

0

19-5

20

2

İsveç

8

4

3

1

18-9

15

3

Rumıniya

8

4

2

2

17-8

14

4

Norveç

8

2

5

1

13-10

11

5

Malta

8

1

0

7

2-18

3

6

Farer a.

8

1

0

7

4-23

3

J qrupu
21:00. Finlandiya – Lixtenşteyn
21:00. Ermənistan – Yunanıstan
23:45. Bosniya və Herseqovina – İtaliya

1

İtaliya

8

8

0

0

25-3

24

2

Finlandiya

8

5

0

3

12-8

15

3

Bosniya H.

8

3

1

4

17-14

10

4

Ermənistan

8

3

1

4

13-15

10

5

Yunanıstan

8

2

2

4

9-13

8

6

Lixtenşteyn

8

0

2

6

2-25

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR