AVRO-2020: İki vəsiqəyə üç komanda iddia edir

AVRO-2020: İki vəsiqəyə üç komanda iddia edir
  • Clock-gray 02:14
  • calendar-gray 18 Noyabr 2019

Bu gün AVRO-2020-nin seçmə mərhələsində X turun növbəti oyunları keçiriləcək.

Apasport.az-ın məlumatına görə, ikinci oyun günündə D, F və J qruplarında mübarizə aparan komandalar son matçlarını çıxacaq.

Bu qruplardan yalnız birində son tut əhəmiyyət kəsb edir. D qrupunda üç komanda iki vəsiqə, həm də 1-ci yer üçün mübarizə aparır. 

Son turda işi daha asan olan İsveçrə autsayder Cəbəllütariqə uduzmasa, final mərhələsinə yüksələcək. Danimarkanı qəbul edəcək İrlandiya isə mütləq qalib gəlməlidir. Bu nəticə danimarkalıların kənarda qalması ilə nəticələnə bilər. Ona görə də qonaqlara ən azı bir xal lazımdır.

Digər iki qrupda həm final mərhələsinə vəsiqələrin sahibləri, həm də 1-ci və 2-ci yerin sahibləri dəqiqləşdiyindən son tur formal xarakter daşıyır. Lakin iddialıların Finlandiya, İspaniya və İsveç uçun püşkatmada daha yüksək səbətdə yer almaq baxımından qələbə lazımdır.

İtaliya isə tsikli mütləq göstərici – 10 oyunda 10 qələbə ilə başa vurmağa köklənib. Şansı qalmayan yığmalar isə FİFA reytinqi və azarkeşləri gözündə reabilitasiya üçün yarışı major notlarla bitirməyə çalışacaq.

Qeyd edək ki, oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə 17 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Hollandiya, Xorvatiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
18 noyabr

D qrupu
23:45. İrlandiya – Danimarka
23:45. Cəbəllütariq – İsveçrə

1

Danimarka

7

4

3

0

22-5

15

2

İsveçrə

7

4

2

1

13-5

14

3

İrlandiya

7

3

3

1

6-4

12

4

Gürcüstan

8

2

2

4

7-11

8

5

Cəbəllütariq

7

0

0

7

2-24

0

F qrupu
23:45. İsveç – Farer adaları
23:45. İspaniya – Rumıniya
23:45. Malta – Norveç

1

İspaniya

9

7

2

0

26-5

23

2

İsveç

9

5

3

1

20-9

18

3

Rumıniya

9

4

2

3

17-10

14

4

Norveç

9

3

5

1

17-10

14

5

Malta

9

1

0

8

2-25

3

6

Farer a.

9

1

0

8

4-27

3

J qrupu
23:45. Lixtenşteyn – Bosniya və Herseqovina
23:45. İtaliya – Ermənistan
23:45. Yunanıstan – Finlandiya

1

İtaliya

9

9

0

0

28-3

27

2

Finlandiya

9

6

0

3

15-8

18

3

Yunanıstan

9

3

2

4

10-13

11

4

Bosniya H.

9

3

1

5

17-17

10

5

Ermənistan

9

3

1

5

13-16

10

6

Lixtenşteyn

9

0

2

7

2-28

2

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date