AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb

AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb
# 15 iyul 2019 15:03 (UTC +04:00)

AVRO-2020-nin final mərhələsinə bilet satışının birinci mərhələsi rekordla əlamətdar olub.

APA-nın məlumatına görə, UEFA 19 milyon 300 min bilet üçün müraciət alıb.

AVRO-2016-nın analoji dövründə bu rəqəm 11 milyon olub. 2020-ci il iyulun 12-də Londonun “Uembli” stadionunda keçiriləcək finala bilet əldə etmək istəyənlərin sayı 1,9 milyon təşkil edib. Bu, stadionun tutumundan təxminən 22 dəfə çoxdur.

Qeyd edək ki, AVRO-2020-nin dörd oyunu Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR