AVRO-2020: Pley-off mərhələsinin 12 iştirakçısı dəqiqləşib

AVRO-2020: Pley-off mərhələsinin 12 iştirakçısı dəqiqləşib
# 17 noyabr 2019 14:15 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsinin IX turunun oyunlarından sonra pley-offda iştirakı dəqiqləşən komandaların sayı 12-yə çatıb.

Apasport.az saytının məlumatına görə, 8 komandanın hansı liqa üzrə pley-offa qatılacağı müəyyənləşib.

Digər 4 yığmanın – Bolqarıstan, Rumıniya, İsrail və Şimali İrlandiya isə 2020-ci ilin martında baş tutacaq oyunlardakı rəqiblərini püşkatma ilə bəlli olacaq.

D liqasının yolu ilə mübarizədə artıq hər şey tam aydındır. Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo oyunlarının qalibləri AVRO-2020-yə vəsiqənin sahibini müəyyənləşdirəcək.

Millətlər Liqasının A dəstəsindən yalnız İslandiya seçmə mərhələni adlaya bilməyib. Bu səbəbdən şimallılar A yolu ilə pley-off oynayacağı bilinən yeganə komandadır.

Bu mərhələdə oynayacağı dəqiqləşən Bolqarıstan, Rumıniya və İsrail “üçlüy”ündən biri və ya ikisi İslandiyanın rəqibləri sırasına qoşulacaq. Bu say Portuqaliya və Serbiyadan hansının seçmə mərhələdə uğur qazanmasından asılıdır. Bir komanda isə C yolunda mübarizə aparacaq. Bu üç komandanın yollar üzrə bölgüsü püşklə aparılacaq.

C yolunda isə Şotlandiya ilə Norveçin iştirakı dəqiqləşib. Onlar ya Bolqarıstan, Rumıniya və İsrail “üçlüy”ündən ikisi, ya biri və ya Serbiya ilə mübarizə aparacaqlar.

Bosniya və Herseqovina isə B yolu üzrə mübarizədə rəqiblərini gözləyir. Bu rəqiblərdən biri olmağa Şimali İrlandiya iddia edir. Seçmə mərhələdə vəsiqə qazanmasalar Uels, Slovakiya və İrlandiya da iddiaçılara qoşula bilər. Bu mümkün “dördlük”dən üçü C, biri isə A yoluna qoşulmaq imkanına malikdir.

Pley-offda iştirakı dəqiqləşənlər
A yolu:
İslandiya
B yolu: Bosniya və Herseqovina
C yolu: Şotlandiya, Norveç
D yolu: Belarus, Gürcüstan, Kosovo, Şimali Makedoniya

Seçmə mərhələnin IX turundan sonrakı vəziyyətə görə pley-offa düşənlər
A yolu:
Bolqarıstan/İslandiya/Rumıniya “üçlüy”ündən ikisi, Uels/Slovakiya/İrlandiya/Şimali İrlandiya “dördlüy”ündən biri
B yolu: Uels/Slovakiya/İrlandiya/Şimali İrlandiya “dördlüy”ündən üçü
C yolu: Serbiya, Bolqarıstan/İslandiya/Rumıniya “üçlüy”ündən biri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR