AVRO-2020: Seçmə mərhələnin bombardirləri açıqlanıb

AVRO-2020: Seçmə mərhələnin bombardirləri açıqlanıb
# 20 noyabr 2019 10:17 (UTC +04:00)

AVRO-2020-nin başa çatan seçmə mərhələsinin bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan 250 oyunda ümumilikdə 801 qol vurulub.

Orta məhsuldarlığın 3,2-yə bərabər olduğu yarışda Harri Keyn hamıdan çox qol vurub. İngiltərə millisinin futbolçusu 12 dəfə fərqlənib.

Seçmə mərhələnin bombardirləri
1. Harri Keyn (İngiltərə) - 12
2-3. Eran Zahavi (İsrail), Kriştianu Ronaldo (Portuqaliya) – 11
4-5. Teemu Pukki (Finlandiya), Aleksandar Mitroviç (Serbiya) – 10
6. Artyom Dzyuba (Rusiya) – 9
7-9. Rahim Sterlinq (İngiltərə), Serj Qnabri (Almaniya), Jorjinyo Viynaldum (Hollandiya) – 8
10-11. Romelu Lukaku (Belçika), Con Makqin (Şotlandiya) – 7.

Qeyd edək ki, Azərbaycan millisinin bombardirləri Mahir Emreli və Ramil Şeydayev hərəyə 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR