Avrokubokların qrup mərhələsində oynayacaq klublar transferlərə 4 milyard avroya yaxın xərcləyib

Avrokubokların qrup mərhələsində oynayacaq klublar transferlərə 4 milyard avroya yaxın xərcləyib
# 12 sentyabr 2019 11:02 (UTC +04:00)

Futbol üzrə avrokubokların qrup mərhələsinin iştirakçılarının yay transferlərinə xərclədiyi vəsait müəyyənləşib.

APA-nın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının əsas raundunda iştirak edəcək 80 klub 3,98 milyard avroluq futbolçu alıb.

Bu, 2018-ci ilin yayı ilə müqayisədə 55 faiz çoxdur. Klubların transferlərdən əldə etdiyi vəsait isə 3,72 milyarda bərabərdir.

Çempionlar Liqasında 8, Avropa Liqasında 4 klub yayda 50 milyon avrodan çox pul xərcləyib. Çempionlar Liqasının 4, Avropa Liqasının 21 komandası isə 5 milyondan az xərcləməyi lazım bilib.

Klubların 43 faizi öz tarixinin transfer rekorduna imza atıb. Futbolçu keçidlərinə xərclənən vəsaitin 55 faizi legionerlərin payına düşür.

Qeyd edək ki, 80 klub arasında yeganə Azərbaycan təmsilçisi “Qarabağ”dır. Avropa Liqasının qrupunda mübarizə aparacaq ağdamlılar yayda Faysal Rerras, Xayme Romero, Aylton Silva, Asmir Beqoviç və Maqaye Qeyeni heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR