“Səbail” avrokubokda debüt mövsümündə mübarizəni dayandırıb - YENİLƏNİB-7

“Səbail” avrokubokda debüt mövsümündə mübarizəni dayandırıb - YENİLƏNİB-7
# 18 iyul 2019 21:52 (UTC +04:00)

Bakının “Səbail” klubu avrokuboklarda çıxışını başa vurub.

APA-nın məlumatına görə, debütü Avropa Liqasına təsadüf edən Aftandil Hacıyevin yetirmələri I təsnifat mərhələsini adlaya bilməyib.

Topaz Premyer Liqasının bürünc mükafatçısı ilk oyunda 2:3 hesabı ilə uduzduğu Rumıniyanın “Universitatya Krayova” klubu ilə səfər matçında məğlubiyyətin əvəzini çıxa bilməyib. Bakılılar yenə eyni hesabla məğlub olublar.

Təmsilçimiz 0:2 hesabı ilə geri düşdüyü görüşün gedişində tarazlıq yarada bilsə də, son dəqiqələrdə buraxılan qol meydan sahiblərinə qələbə qazandırıb. “Səbail”in heyətində Ağabala Ramazanovla Dilan Duventru fərqlənib.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2

Qollar: Çikeldeu, 28, Vetejelu, 54, Fortes, 90 - Ramazanov, 67, Duventru, 69
Baş hakim: Helqi Mikael Yonasson (İslandiya)
“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş
Baş məşqçi: Korneliu Papura
“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

***

Saat. 21:49

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda yenidən ev sahibləri önə keçiblər.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçın 90-cı dəqiqəsində Fortes Dos Santos Bakı klubunu məğlub duruma salıb - 3:2.

***

Saat. 21:29

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda hesab bərabərləşib.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçın 69-cu dəqiqəsində Bakı klubu status-kvonu bərpa edib. Komandamızın heyətində Dilan Duventru qol sevinci yaşayıb - 2:2.

***

Saat. 21:26

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçın 67-ci dəqiqəsində Bakı klubu fərqlənib. Ağabala Ramazanov rəqibi cəzalandırıb - 1:2.

***

Saat. 21:12

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçda ev sahibləri ikinci dəfə fərqləniblər. Görüşün 54-cü dəqiqəsində Boqdan Vetejelu "Səbail"i mərkəzə dəvət edib - 2:0.

***

Saat. 21:02

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Krayovada keçirilən oyununun ilk 45 dəqiqəsinə 1 qol vurulub. Ev sahiblərinin futbolçusu Aleksandru Çikeldeunun dəqiq zərbəsindən sonra "Səbail" hesabda geri düşüb.

***

Saat. 20:48

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda ilk hissə başa çatıb.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçda ev sahibləri fasiləyə öndə yollanıblar.

***

Saat. 20:30

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçın 28-ci dəqiqəsində ev sahibləri fərqləniblər. Aleksandru Çikeldeunun zərbəsi dəqiq alınıb - 1:0.

***

Saat. 20:00

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.

APA-nın məlumatına görə, yarışa bu raunddan başlayan Azərbaycanın "Səbail" klubu da cavab oyununu keçirir.

Topaz Premyer Liqasının bürünc mükafatçısı səfərdə “Universitatya Krayova” ilə üz-üzə gəlir. Aftandil Hacıyevin komandası çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Bakıda 2:3 hesabı ilə uduzan təmsilçimiz Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 0:0
Baş hakim:
Helqi Mikael Yonasson (İslandiya)
“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş
Baş məşqçi: Korneliu Papura
“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR