Avropa Liqasında Çempionlar Liqası yolunun cütləri bəlli olub

Avropa Liqasında Çempionlar Liqası yolunun cütləri bəlli olub
# 18 iyul 2019 09:42 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar Liqası yolunda bütün cütlər müəyyənləşib.

APA-nın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ilkin və I təsnifat mərhələlərində uduzan 19 komandadan 18-i bu raundda mübarizə aparacaq.

Onlar doqquz cütlük təşkil edib. Çempionlar Liqasının I təsnifat mərhələsində uduzan “Sarayevo” isə birbaşa Avropa Liqasının III təsnifat mərhələsinə adlayıb.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
Çempionlar Liqası yolu

"Tre Penne" (San-Marino) - "Suduva" (Litva)
"Pyast" (Polşa) - "Riqa" (Latviya)
"Partizani" (Albaniya) - "Şerif" (Moldova)
"Ararat" (Ermənistan) - “Linkoln” (Cəbəllütariq)
"Valyur" (İslandiya) - "Lüdoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo)
“Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan)
"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR