Avropa Liqasında II təsnifat mərhələsinin 37 cütü müəyyənləşib

Avropa Liqasında II təsnifat mərhələsinin 37 cütü müəyyənləşib
# 19 iyul 2019 09:18 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin əsas yol üzrə mübarizə aparacaq cütləri müəyyənləşib.

APA-nın məlumatına görə, I təsnifat mərhələsini başa çatdıqdan sonra növbəti raundun 37 cütünün tərkibi dəqiqləşib.

Burada yarışa bu mərhələdən qatılacaq 27 komanda və tur adlayan 47 klub mübarizə aparacaq. Azərbaycan iki komanda ilə təmsil olunacaq. “Neftçi” Rusiyanın “Arsenal”, ilk raunddan azad olan “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
Əsas yol
“Espanyol” (İspaniya) - “Styarnan” (İslandiya)
“Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan)
“Dunayska Ştreda” (Slovakiya) - “Atromitos” (Yunanıstan)
“Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan)
“Norçepinq” (İsveç) – “Liepaya” (Latviya)
“Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina)
AEK (Kipr) - "Levski" (Bolqarıstan)
“Pünik” (Ermənistan) - “Yabloneç” (Çexiya)
“Legiya” (Polşa) - “Kuopio” (Finlandiya)
“Hoqesun” (Norveç) - “Ştrum” (Qraz, Avstriya)
“Malatyaspor” (Türkiyə) - "Olimpiya" (Sloveniya)
“Vidi” (Macarıstan) - “Vaduts” (Lixtenşteyn)
“Ayntraxt” (Almaniya) - “Flora” (Estoniya)
“Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan)
“Lexiya” (Qdansk, Polşa) - "Brondbü" (Danimarka)
“Gent” (Belçika) - “Vitorul” (Rumıniya)
“Mölde” (Norveç) - "Çukariçki" (Serbiya)
“Zarya” (Ukrayna) - "Buduçnost" (Monteneqro)
"Aberdin" (Şotlandiya) - “Çixura” (Gürcüstan)
"Domjale" (Sloveniya) - “Malmö” (İsveç)
“Reyncers” (Şotlandiya) - “Progres” (Lüksemburq)
“Torino” (İtaliya) - "Debretsen" (Macarıstan)
“Qzira” (Malta) - “Ventspils” (Latviya)
“Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları)
MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya)
“Mlada Boleslav” (Çexiya) - "Ordabasi" (Qazaxıstan)
"Alaşkert" (Ermənistan) - "Styaua" (Rumıniya)
“Kauno Jalgiris” (Litva) - “Şemrok Rovers” (İrlandiya)
“Strasburq” (Fransa) - "Makkabi" (Hayfa, İsrail)
“Alkmaar” (Hollandiya) – “Haken” (İsveç)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Spartak” (Slovakiya)
“Aris” (Yunanıstan) - AEL (Limasol, Kipr)
“Şaxtyor” (Belarus) - “Esbyerq” (Danimarka)
"Jeness" (Lüksemburq) - “Vitoriya” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə) - “Kruzaders” (Şimali İrlandiya)
"Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya)
“Konnak” (Uels) - “Partizan” (Serbiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR