Avropa Liqasında mərhələ adlayan 3 komanda bəlli olub

Avropa Liqasında mərhələ adlayan 3 komanda bəlli olub
  • Clock-gray 00:53
  • calendar-gray 14 Avqust 2019

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Bu qarşılaşmalar Çempionlar yolunda keçirilib. Hər 3 matçda ilk oyunda qələbə qazanan komandalar meydandan yenə qalib ayrılıblar. Matçlardan sonra “Dudelanj”, “Slovan” və “Linfild" pley-offa adlayıblar.

Sonuncular qrupa düşmək üçün Çempionlar Liqasında Kipr APOEL-inə uduzan Ağdamın "Qarabağ" klubu ilə üz-üzə gələcəklər. Təmsilçimizin "Linfild"lə ilk matçı səfərdə olacaq.   

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
Çempionlar yolu
13 avqust

20:00. “Nomme Kalyu" (Estoniya) – "Dudelanj" (Lüksemburq) - 0:1
İlk oyun – 1:3
22:15. “Linfild" (Şimali İrlandiya) – "Sutyeska" (Monteneqro) - 3:2
İlk oyun – 2:1
23:00. "Dandolk" (İrlandiya) – "Slovan" (Slovakiya) - 1:3
İlk oyun - 0:1

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsi avqustun 15-də başa çatacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date