Avropa Liqasında pley-off cütləri müəyyənləşib

Avropa Liqasında pley-off cütləri müəyyənləşib
# 16 avqust 2019 09:00 (UTC +04:00)

UEFA Avropa Liqasında pley-offun cütləri dəqiqləşib.

APA-nın məlumatına görə, başa çatan III təsnifat mərhələsindən sonra 21 cütlük bəlli olub.

Bunlardan 8-i Çempionlar yolu, 13-ü Əsas yolda mübarizə aparacaq.

Azərbaycan təmsilçisi “Neftçi” mərhələ adlayan komandalar sırasına düşə bilməyib. Evdə İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə edən Bakı klubu səfərdə 1:2 hesabı ilə uduzub.

"Səbail"ə qalib gələn "Universitatya Krayova" (Rumıniya) və "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Dinamo" (Gürcüstan, Tbilisi) da Avropa Liqası ilə vidalaşanlar arasındadır.

Əvəzində, Çempionlar Liqasında Kipr APOEL-i ilə bacarmayan "Qarabağ" qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirəcək. Ağdam klubu Şimali İrlandiya "Linfild"i ilə oynayacaq. Azərbaycan çempionu ilk qarşılaşmasına səfərdə çıxacaq.

Qeyd edək ki, pley-offun matçları avqustun 22-də və 29-a baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi
Çempionlar yolu

"Suduva" (Litva) - "Ferensvaroş" (Macarstan)
“Kopenhagen” (Danimarka) - "Riqa" (Latviya)
"Seltik" (Şotlandiya) - AIK (İsveç)
"Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
"Ludoqorets" (Bolqarıstan) – “Maribor” (Sloveniya)
“Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan)
"Slovan" (Slovakiya) - PAOK (Yunanıstan)
"Astana" (Qazaxıstan) - BATE (Belarus)

Əsas yol
“Torino” (İtaliya) - “Vulverhempton” (İngiltərə)
“Legiya” (Polşa) - “Reyncers” (Şotlandiya)
"Styaua" (Rumıniya) - “Vitoriya” (Portuqaliya)
PSV (Hollandiya) - “Apollon” (Kipr)
AEK (Yunanıstan) - “Trabzonspor” (Türkiyə)
“Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail)
“Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)
“Espanyol” (İspaniya) - Zarya” (Ukrayna)
“Partizan” (Serbiya) - “Molde” (Norveç)
“Braqa” (Portuqaliya) - “Spartak” (Moskva, Rusiya)
“Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail)
“Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya)
“Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR