Avropa Liqasında pley-off mərhələsinin ilk matçları yekunlaşıb

Avropa Liqasında pley-off mərhələsinin ilk matçları yekunlaşıb
# 23 avqust 2019 01:00 (UTC +04:00)

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

APA-nın məlumatına görə, eyni gündə 21 matç baş tutub.

Bu görüşlərdən 8-i Çempionlar yolunda, 13-ü Əsas yol çərçivəsində gerçəkləşib. Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiyada “Linfild”ə 2:3 hesabı ilə uduzub.

Qonşu Türkiyənin bu mərhələdəki yeganə təmsilçisi “Trabzonspor” səfər sınağına çıxıb. Super Liqa təmsilçisi Yunanıstanda AEK-in qonağı olub. Trabzonlular 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, cavab matçları avqustun 29-da baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
22 avqust
Çempionlar yolu

18:00. "Astana" (Qazaxıstan) - BATE (Belarus) – 3:0
19:00. "Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) – 2:1
21:00. "Suduva" (Litva) - "Ferensvaroş" (Macarstan) – 0:0
21:30. "Ludoqorets" (Bolqarıstan) – “Maribor” (Sloveniya) – 0:0
21:45. “Kopenhagen” (Danimarka) - "Riqa" (Latviya) – 3:1
22:45. "Seltik" (Şotlandiya) - AIK (İsveç) – 2:0
22:45. “Linfild" (Şimali İrlandiya) - “Qarabağ” (Azərbaycan) – 3:2
23:00. "Slovan" (Slovakiya) - PAOK (Yunanıstan) – 1:0

Əsas yol
21:00. “Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail) – 3:0
21:30. “Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail) – 3:0
22:00. “Legiya” (Polşa) - “Reyncers” (Şotlandiya) – 0:0
22:00. AEK (Yunanıstan) - “Trabzonspor” (Türkiyə) – 1:3
22:30. “Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya) – 1:0
22:30. “Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika) – 1:1
22:30. "Styaua" (Rumıniya) - “Vitoriya” (Portuqaliya) – 0:0
22:30. PSV (Hollandiya) - “Apollon” (Kipr) – 3:0
22:30. “Gent” (Belçika) – “Riyeka” (Xorvatiya) – 2:1
22:45. “Braqa” (Portuqaliya) - “Spartak” (Moskva, Rusiya) – 1:0
23:00. “Torino” (İtaliya) - “Vulverhempton” (İngiltərə) – 2:3
23:00. “Espanyol” (İspaniya) - Zarya” (Ukrayna) – 3:1
23:00. “Partizan” (Serbiya) - “Molde” (Norveç) – 2:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR