Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun favoriti açıqlanıb

Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun favoriti açıqlanıb
# 03 oktyabr 2019 14:31 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu daha şanslı hesab edirlər.

Lüksemburqda baş tutacaq bugünkü qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,82 əmsalla qiymətləndirilib. Meydan sahiblərinin qalib gəlməsinə 4,94 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,74-dür.

Qeyd edək ki, “Josi Bartel” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR