Avropada teleyayımdan ən çox qazanan futbol klubu bəlli olub

Avropada teleyayımdan ən çox qazanan futbol klubu bəlli olub
# 11 sentyabr 2019 12:09 (UTC +04:00)

Avropanın teleyayımdan ən çox qazanan futbol klubları müəyyənləşib.

APA-nın məlumatına görə, İngiltərənin “Liverpul” klubu 2018/19 mövsümündə telayayımdan ən çox qazanan komandadır.

Mersisaydlılar 167,4 milyon avroya sahib olublar. Siyahının ilk 20 pilləsində 18 komanda İngiltərəni təmsil edir.

Yalnız iki İspaniya nəhəngi “Real”la “Barselona” bu cədvələ düşə bilib. 145,5 milyon avroluq qazanc əldə edən kataloniyalılar 7-ci yerdədir. “Real” isə 10-cu pillədədir – 140 milyon avro.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR