Azərbaycan boksçusu dünya çempionatında qazaxıstanlı rəqibinə məğlub olub

Azərbaycan boksçusu dünya çempionatında qazaxıstanlı rəqibinə məğlub olub
# 12 sentyabr 2019 16:29 (UTC +04:00)

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

APA-nın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib.

Görüş idmançımız üçün uğursuz alınıb. B.Qazıbəyov 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR