Azərbaycan çempionatında adı protokolda olmayan futbolçu meydana çıxıb

Azərbaycan çempionatında adı protokolda olmayan futbolçu meydana çıxıb
# 17 sentyabr 2019 12:44 (UTC +04:00)

“Zirə”nin ikinci komandası futbol üzrə Azərbaycan çempionatının I divizionunda protokolda adı olmayan futbolçudan istifadə edib.

APA-nın məlumatına görə, III turda keçirilən “Zirə-2” – “Qarabağ-2” matçında əvəzetmə zamanı paytaxt təmsilçisinin heyətində protokolda adı olmayan Nizami Səmədov meydançaya çıxıb.

AFFA-nın İntizam Komitəsi məsələni müzakirə edərək müvafiq qərar çıxarıb. “Zirə” klubu buna görə 400 manat cərimə olunub. “Qarabağ-2”nin 7:1 hesabı ilə qalib gəldiyi matçın hesabı isə olduğu kimi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR