Azərbaycan çempionu mərhələ adlaya bilməsə, "Slovan" və ya “Ferronikeli” ilə qarşılaşacaq

Azərbaycan çempionu mərhələ adlaya bilməsə, "Slovan" və ya “Ferronikeli” ilə qarşılaşacaq
# 22 iyul 2019 14:36 (UTC +04:00)

Avropa Liqasında III təsnifat mərhələsinin ilk püşkatma mərasimi keçirilib.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə öncə Çempionlar yolunun cütləri bəlli olub.

Çempionlar Liqasının II təsnifat mərhələsində uduzacaq 10 komanda, Avropa Liqasının Çempionlar yolunun II təsnifat mərhələsində qalib gələcək 9 komanda və “Sarayevo” klubunun növbəti mümkün rəqibi müəyyənləşib.

Çempionlar Liqasının uğursuzları üçün atılan püşkdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da mümkün rəqibi bilinib. Ölkə çempionunun İrlandiya “Dandolk”u ilə təşkil etdiyi cütdə məğlub olan komanda Avropa Liqasında görüşəcəyi rəqibi bəlli olub.

Ağdamlılar İrlandiyadan olan səddi adlamasa, "Slovan" (Slovakiya) / “Ferronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 8-də və 15-də keçiriləcək. İlk oyun rəqibin meydanında baş tutacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün məğlubu - "HB Torshavn" (Farer adaları)/"Linfild" (Şimali İrlandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu - "Tre Penne" (San-Marino)/"Suduva" (Litva) cütünün qalibi
"Ararat" (Ermənistan)/“Linkoln” (Cəbəllütariq) cütünün qalibi - "Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün məğlubu
"Pyast" (Polşa)/"Riqa" (Latviya) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün məğlubu
"Valyur" (İslandiya)/"Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün məğlubu
"Şkendiya" (Makedoniya)/"Düdelanj" (Lüksemburq) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün məğlubu
“Santa Koloma” (Andorra)/"Astana" (Qazaxıstan) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün məğlubu
"Partizani" (Albaniya)/"Şerif" (Moldova) cütünün qalibi - "Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün məğlubu
"Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün məğlubu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR