21 yaşadək futbolçular arasında AVRO-2021-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Gürcüstan oyununun favoriti açıqlanıb.
APA-nın məlumatına görə, 2-ci qrupun bu gün Bakıda baş tutacaq görüşündə qonaqlar daha şanslı hesab olunur.
“Dalğa Arena” stadionundakı matçda Gürcüstanın qələbəsini 2,25 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 3,19 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 3,38-dir.
Qeyd edək ki, Azərbaycan – Gürcüstan qarşılaşması saat 20:30-da başlayacaq.