Azərbaycan – İsveçrə oyunu Sumqayıtda keçiriləcək

Azərbaycan – İsveçrə oyunu Sumqayıtda keçiriləcək
# 10 sentyabr 2019 12:19 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – İsveçrə oyununun yeri müəyyənləşib.

APA-nın məlumatına görə, oktyabrın 15-də baş tutacaq matç Sumqayıtda keçiriləcək.

Qarşılaşma “Kapital Bank Arena” stadionunda oynanılacaq.

Qeyd edək ki, ilk ev oyununu “Dalğa Arena”da keçirən milli bu gün ikinci matçına da eyni arenada çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR