Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb 

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb 
# 23 oktyabr 2019 21:43 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, Joze Alesionun baş məşqçisi olduğu komanda oyunları Bakıda baş tutan Avropa zonasının 3-cü qrupunda ilk matçını keçirib.

Qrupun favoriti olan milli Moldova ilə qarşılaşıb. Görüş meydan sahibləri üçün uğursuz başlayıb. Artıq 8-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Milli 4 dəqiqə sonra hesabda tarazlıq yaradıb. Bolinya Moldova millisinin qapısına yol tapıb. İlk yarıda önə keçməyi bacarmayan futzalçılarımız yalnız görüşün sonlarında istəklərinə çatıblar. 33-cü dəqiqədə Vassura qol sevinci yaşayıb. İki dəqiqə sonra Bolinya dublunu rəsmiləşdirib. Bununla da Azərbaycan yığması çətin və əzmkar qələbə qazanıb – 3:1.

Günün digər matçında Slovakiya Monteneqronu 5:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, sabah baş tutacaq II turda Moldova – Slovakiya və Azərbaycan – Monteneqro oyunları keçiriləcək.

I tur
23 oktyabr
Slovakiya – Monteneqro – 5:0
Azərbaycan – Moldova – 3:1
Bolinya, 12, 35, Vassura, 33 – Laşku, 8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR