AVRO-2020: Azərbaycan millisi 5-ci məğlubiyyətini alıb - YENİLƏNİB-2

AVRO-2020: Azərbaycan millisi 5-ci məğlubiyyətini alıb - YENİLƏNİB-2
# 13 oktyabr 2019 21:50 (UTC +04:00)

Azərbaycan millisi növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində 6-cı matçına çıxıb.

Keçirdiyi 5 oyunda cəmi 1 xal toplayan komanda Budapeştdə Macarıstanın qonağı olub. Milli bu dəfə də azarkeşlərini məyus edib.

10-cu dəqiqədə erkən qol buraxan Azərbaycan yığması səfərdən xalsız ayrılıb. Tsikldə 5-ci dəfə məğlub olan milli sonuncu pillədəki yerini rəsmiləşdirməyə daha da yaxınlaşıb. Uels millisi bir xal qazansa, komandamız sonuncu yeri rəsmiləşdirəcək.

Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb. Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb. Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf edib”.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu

20:00. Macarıstan – Azərbaycan – 1:0
Qol:
Mihaly Korhut, 10
Sarı vərəqələr: Gerqo Lovrençiç,25, Mihaly Korhut, 73 // Şəhriyar Rəhimov, 12, Eddi İsrafilov, 67, Bəhlul Mustafazadə, 90+3, Qara Qarayev, 90+3, Cavid Hüseynov, 90+5
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya)
Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k) (18. Dominik Nad, 71), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay (19. David Holman, 76), 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç (13. David Siger, 86)
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 16. Mate Patkay, 17. Roland Varqa, 21. Tamaş Kadar, 23. Filip Holender
Baş məşqçi: Marko Rossi
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov (17. Renat Dadaşov, 85), 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə (22. Cavid Hüseynov, 66), 20. Riçard Almeyda (7. Araz Abdullayev, 58), 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 18. Şəhriyar Əliyev
Baş məşqçi: Nikola Yurçeviç
Budapeşt. “Qrupama Arena” stadionu

1

Xorvatiya

6

4

1

1

13-5

13

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Slovakiya

6

3

1

2

10-8

10

4

Uels

5

2

1

2

5-5

7

5

Azərbaycan

6

0

1

5

5-14

1

***

Saat. 21:00

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan matçında - Azərbaycan ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Budapeştdə keçirilən matçın ilk 45 dəqiqədən sonra 0:1 hesabı ilə geridədir.

***

Saat. 20:45

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan - Azərbaycan matçında ilk hissə yekunlaşıb.

APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Budapeştdəki matçda fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb.

***

Saat. 20:21

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirir.

APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda çıxış edən Nikola Yurçeviçin yetirmələri Macarıstanla üz-üzə gəlir.

Evdə rəqibinə 1:3 hesabı ilə uduzan yığma iddialı rəqibi büdrətməyə çalışsa da, qapısında erkən qol görüb. Mixay Korxut dəqiq zərbə ilə ev sahiblərini hesabda önə keçirib.

Qeyd edək ki, qrupun bu gün baş tutacaq digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. Qələbə balkanlılara final mərhələsinə vəsiqə verəcək.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu
20:00. Macarıstan – Azərbaycan
Baş hakim:
Dennis Yohan Hiqler (Hollandiya)
Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 18. Dominik Nad, 19. David Holman, 21. Tamaş Kadar, 23. Filip Holender
Baş məşqçi: Marko Rossi
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Budapeşt. “Qrupama Arena” stadionu

1

Xorvatiya

6

4

1

1

13-5

13

2

Slovakiya

6

3

1

2

10-8

10

3

Macarıstan

6

3

0

3

7-9

9

4

Uels

5

2

1

2

5-5

7

5

Azərbaycan

5

0

1

4

5-13

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR