Azərbaycan millisi üçüncü matçda da uduzaraq, qrup sonuncusu olub

Azərbaycan millisi üçüncü matçda da uduzaraq, qrup sonuncusu olub
  • Clock-gray 17:52
  • calendar-gray 19 Noyabr 2019

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində IX qrupun oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, matçları Yunanıstanda keçirilən qrupda mübarizə aparan Azərbaycan milli komandası III turda Qazaxıstanla qarşılaşıb.

İlk iki turda meydan sahiblərinə 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzan Vüqar Məmmədin baş məşqçisi olduğu komanda bu dəfə də məğlubiyyətə üzülüb. Elit-raund şansını qazaxlarla matça qədər itirən yığma hər hissədə bir top buraxaraq uduzub – 0:2. Yekunda 3 oyunda 3 məğlubiyyət alan milli qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, qrupun digər oyununda Almaniya ilə Yunanıstan üz-üzə gəlib. Meydan sahibləri Bundestimi 2:0 hesabı ilə məğlub edərək qrup birincisi olublar.
 
Avropa çempionatının seçmə mərhələsi
IX tur
16:00. Qazaxıstan – Azərbaycan – 2:0
Qollar:
Küşkumbayev, 3, Raximjanov, 85
Baş hakim: Denis Şurman (Ukrayna)
Patra. “Pampeloponnisiako” stadionu

1

Yunanıstan

3

3

0

0

13-2

9

2

Almaniya

3

2

0

1

7-2

6

3

Qazaxıstan

3

1

0

2

3-10

3

4

Azərbaycan

3

0

0

3

1-10

0

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date